ABŞ-nin "KC-135" yanacaq dolduran təyyarəsinin 6 heyət üzvünün hamısı İraq üzərində qəza nəticəsində ölüb.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.
"İraqın qərbində qəzaya uğrayan ABŞ-nin "KC-135" yanacaq dolduran təyyarəsinin 6 heyət üzvünün hamısı ölü hesab edilir", - bəyanatda qeyd edilib.