2020-ci il Vətən müharibəsinin başa çatmasından sonra 419 azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 72-si həlak olub, 347-si isə ağır yaralanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb:
"Minalar hələ də dinc sakinlər üçün ciddi təhlükə yaradır və keçmiş məcburi köçkünlərin təhlükəsiz qaytarılmasını, eləcə də davam edən bərpa işlərini əngəlləyir. Azərbaycan vətəndaşlarının azad edilmiş torpaqlara təhlükəsiz və davamlı qayıtmasını təmin etmək məqsədilə minalardan təmizləmə işlərinə sadiqdir və bu məqsədlə beynəlxalq tərəfdaşların güc birliyi ilə dəstək göstərməsini gözləyir"