PKK-nın ikinci adamına Suriyada yüksək vəzifə verilib. Bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.

Metbuat.az xəbər verir ki, telekanal məşhur PKK-çı Semir Asunun Suriyanın müdafiə naziri təyin edildiyini bildirib.

Qeyd edək ki, "Dərviş Afrin" ləqəbli Semir Asu Abdullah Öcalandan sonra PKK-nın ikinci məşhur siması olub. Türkiyə dövləti onun yerini deyən adama 20 milyon lirə mükafat vəd etmişdi.

Yanvar ayında Semir Asunun Suriyanın Qamışlı qəsəbəsində öldürüldüyünə dair xəbər yayılmışdı.