Bu il martın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,7 % artaraq 865,4 min təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bu dövrdə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 2,1 % artaraq 59,6 min olub.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 1,5 % artımla 236,4 min təşkil edib.