ABŞ Moskva ilə bağlı sanksiya siyasətindən geri çəkilmək niyyətində deyil.
Metbuat.az xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt CNN telekanalına müsahibəsində deyib.
Nazir bildirib ki, bəzi məhdudiyyətlərin yumşaldılmasına baxmayaraq, Rusiya ilə bağlı sanksiyalar qüvvədə qalır.
O, həmçinin qeyd edib ki, ABŞ-nin İranın enerji sektoruna zərbə endirmək planı yoxdur. Raytın sözlərinə görə, Hörmüz boğazında gəmiçilik hərəkətinin də yaxın vaxtlarda normal məcraya qayıdacağı gözlənilir.