Rusiyada əvvəllər tətbiq edilən büdcə mexanizmi aktivləşdirilib.
Metbuat.az xəbər verir ki, qlobal enerji bazarındakı dəyişkənlik və neft qiymətlərinin artması səbəbindən xarici valyuta və qızılın satışı dayandırılıb. Məlumata görə, İranın Körfəz ölkələrinə hücumlarından və Hörmüz boğazının bağlanmasından sonra Rusiya Maliyyə Nazirliyi qlobal enerji bazarlarındakı dəyişkənliyə və neft qiymətlərinin artmasına cavab olaraq belə strateji addım atıb.
Qeyd edək ki, Rusiyada tez-tez istifadə edilən büdcə mexanizmi Ural nefti üçün müəyyən edilən təxminən 59 dollarlıq qiymət əsasında fəaliyyət göstərir. Neft qiymətləri bu limitdən aşağı düşdükdə, büdcə kəsirlərini ödəmək üçün ehtiyatlardan xarici valyuta satılır, qiymətlər yüksəldikdə isə artıq gəlirlə xarici valyuta alınır. Yaxın Şərqdə artan gərginlik, Brent neftinin 85 dolları, Ural neftinin isə 69 dolları keçməsinə səbəb olub.