İran qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşır.
Metbuat.az “Trthaber”ə istinadən xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian belə açıqlama verib. O, sosial media hesabındakı paylaşımında bildirib ki, regional sülh region ölkələri tərəfindən təmin edilməlidir. Məsud Pezeşkian, "Dost və qonşu ölkələrin hörmətli liderləri, sizin köməyinizlə və diplomatiya yolu ilə müharibədən yayınmağa çalışdıq, lakin Amerika-sionist hərbi hücumu bizə özümüzü müdafiə etməkdən başqa seçim qoymadı", - deyə yazıb.
Qeyd edək ki, İran ABŞ-İsrail qüvvələrinin hücumlarına cavab olaraq regiondakı İsrail və ABŞ bazalarına hücumlar başladıb.