Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan atılan və Türkiyə hava məkanına yönəlmiş raketlə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, o, Türkiyənin lazımi tədbirləri həyata keçirdiyini ifadə edib. Ərdoğan, “NATO müttəfiqlərimizlə sıx məsləhətləşmələr apararaq bütün zəruri tədbirləri görürük və lazım olduqda dərhal müdaxilə edirik. Həmçinin oxşar hadisələrin bir daha baş verməməsi üçün xəbərdarlıqlarımızı mümkün qədər aydın şəkildə edirik”, - deyə bildirib.

Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Nazirliyi İrandan atılan və Türkiyə hava məkanına doğru getdiyi aşkar edilən ballistik raketin Şərqi Aralıq dənizində yerləşdirilən NATO müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlamışdı. Məlumata görə, raket məhv ediləndən sonra qalıqları Hatay vilayətinə düşüb. Hadisədə ölən və ya yaralanan olmayıb.