"İranda hərbi əməliyyatlar zamanı 500-dən çox ABŞ hərbçisi ölüb".
Metbuat.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” sosial şəbəkə hesabında bildirib.
O, İranın Ali Lideri Seyid Əli Xameneinin öldürülməsinin ağır nəticələr doğuracağını qeyd edib və müharibənin davam etdiyini qeyd edib.
Laricani ABŞ Prezidenti Donald Trampı İsrailin Baş naziri Benyamin Netanyahunun təhriki ilə ABŞ-ni İranla “ədalətsiz müharibəyə” cəlb etməkdə ittiham edib. Onun sözlərinə görə, yaranmış vəziyyət Vaşinqtonun “Öncə Amerika” deyil, “Öncə İsrail” siyasəti yürütməsinin göstəricisidir.
Xatırladaq ki, fevralın 28-dən etibarən intensiv hərbi əməliyyatlar fonunda İranın bir sıra strateji obyektləri, o cümlədən Ali Liderin iqamətgahı zərbələrə məruz qalıb.