Fevral ayında Bakı şəhərində ümumilikdə 9 124,9 kvadrat metr sahədə cari təmir işləri həyata keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Müqayisə üçün qeyd edək ki, yanvar ayında bu göstərici 8 053,3 kvadrat metr təşkil edib.

Beləliklə, fevral ayında aparılan təmir işlərinin həcmi əvvəlki ayla müqayisədə 13,3 % artıb və yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

Şəhər ərazisində hərəkətin rahat və təhlükəsiz olması üçün cari təmir tədbirləri mərhələli şəkildə davam etdirilir.