Qətər İranın Körfəzdəki qisas hücumlarına cavab olaraq İrana zərbə endirib.

Metbuat.az xəbər verir ki, İsrailin “Channel 12” televiziyası Qərbə və məsələyə yaxın mənbələrə istinadən Dohanın Tehrana qarşı hərbi əməliyyatlar keçirdiyini bildirib. İsrail dövlət televiziyası “Kan”a danışan yüksək vəzifəli İsrail rəsmisi bildirib ki, Səudiyyə Ərəbistanı da İrana qarşı hücuma keçə bilər.

Qeyd edək ki, ABŞ-nin İrana hücumundan sonra Tehran, Vaşinqtonun bölgə ölkələrindəki hərbi bazalarını hədəfə aldığını bəyan etmişdi.