Coğrafiyamızın hər yerində hadisələr müşahidə edilərkən, Türkiyə olaraq sülh, əmin-amanlıq və sabitliyə yönəlmiş səylərimizi qətiyyətlə davam etdiririk.

Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə deyib. O bildirib ki, Türkiyəni və türk millətini bu təhlükələrdən qorumaq üçün bütün lazımi tədbirləri həyata keçirilib.

Ərdoğan, "Sülh yönümlü diplomatiyamızla problemləri danışıqlar masasında, dialoq və danışıqlar yolu ilə ədalətli və bərabər şəkildə həll etmək üçün gərgin səylər göstəririk. Daha çox qan tökülmədən və qardaş ölkələr arasında daha çox düşmənçilik yaranmadan bölgəmizin bu vəziyyətdən ən qısa müddətdə xilas olmasını təmin etmək üçün bütün resurslarımızı səfərbər etmişik. Xüsusilə müqəddəs Ramazan ayında ortaq mədəni və coğrafi bölgəmizdəki qardaşlarımızı unutmamağınızı xahiş edirəm. Həm dualarınız, həm də köməyinizlə məzlumların və qurbanların yanında olacağınıza ürəkdən inanıram", - deyə bildirib.