ABŞ və İsrail İrandakı siyasi sistemin dəyişməsinə ümid etməməlidirlər, bu vəzifə onlar üçün mümkün deyil.

Metbuat.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Cəzirə" telekanalına verdiyi açıqlamada bildirib.

"Əgər onların məqsədi sistemi dəyişdirməkdirsə, bu, mümkün deyil", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin ölümü ölkənin düşmənlərinə məqsədlərinə çatmağa kömək etməyəcək.