İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi ABŞ Prezidenti ilə baş tutan telefon danışığından görüntü paylaşıb.

Metbuat.az xəbər verir ki, Yayımlanan fotoda diqqət çəkən detallardan biri masa üzərində yerləşdirilən “Allies at War” kitabı olub. Sözügedən nəşr İkinci Dünya müharibəsi dövründə Böyük Müttəfiqlər — Britaniya, ABŞ və SSRİ arasında siyasi və diplomatik münasibətləri izah edir.

Kitabda üç ölkə lideri — Çörçil, Ruzvelt və Stalin arasındakı əlaqələr, müttəfiqlər arasında yaranan narazılıqlar, eləcə də müharibədən sonra dünya düzəninin necə formalaşdığı geniş şəkildə təhlil olunur.

Paylaşılan fotoda kitabın görünməsi sosial mediada müxtəlif şərhlərə səbəb olub.