Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Dumanda görünüş məsafəsi 50 - 500 metrədək məhdudlaşır.

Qeyd olunub ki, günün ikinci yarısından şimal-qərb küləyinin güclənməsi dumanın dağılmasına səbəb olacaq.