Bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun vəzifəsindən azad edilməsindən sonra onun səlahiyyətlərinə hansı şəkildə xitam verilməsi məsələsi gündəmə gəlib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, TƏBİB rəhbəri qurumun Müşahidə Şurası üzvlərinin qərarı ilə vəzifəsindən azad olunur. TƏBİB-in Müşahidə Şurasının sədri isə Zaur Əliyevdir.

Bu gün də Müşahidə Şurasının növbəti iclası keçirilərək müvafiq qərar verilib.

Müşahidə Şurasının üzvləri aşağıdakılardır:

• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri;

• Azərbaycan Respublikası səhiyyə nazirinin müavini;

• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini;

• Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini;

• Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.