ABŞ da bir cütlük yeni il bayramı ərəfəsində aldığı lotereya sayəsində milyonçu olub.

Metbuat.az xəbər verir ki, Nyu-Cersi ştatında yaşayan ailə dekabrda aldığı bileti bir müddət sonra mətbəxtdəki şkafdan tapıb. Yoxlanış zamanı xoşbəxt cütlüyün 1 milyon dollar udduğu məlum olub.

Adı açıqlanmayan cütlük lotereyada udduqları 1 milyon dolları necə xərcləyəcəyini açıqlayıb. Məlum olub ki, ailə lüks həyat arzusunda deyil. Onlar lotereyada qazandıqları pulu övladlarının təhsilinə sərf etmək və uşaqları üçün parlaq gələcək qurmaq niyyətində olduqlarını bildiriblər.