Sabiq deputat Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı “Facebook” hesabında paylaşım edib.

O qeyd edib ki, G.Hacıbəyli Azərbaycana gətirildikdən sonra həbs edilməyib, azadlıqdadır. Məsələ ilə bağlı heç bir rəsmi açıqlama yoxdur.

Qeyd edək ki, G. Hacıbəyli bir müddət əvvəl Türkiyədə saxlanılmışdı.