Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılıb.
Metbuat.az Apa-ya istinadən xəbər verir ki, bu gün Bakı şəhəri Səbail Rayon Məhkəməsində Mehdiyev Ramiz Ənvər oğlu barəsində seçilən ev dustaqlığı qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.
Xatırladaq ki, Ramiz Mehdiyev AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bakı şəhəri Səbail Rayon Məhkəməsi ötən il oktyabrın 14-də Ramiz Mehdiyev barəsində açılan cinayət işi üzrə qərar qəbul edib.
Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyevin barəsində verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.