Baş prokuror Kamran Əliyev Suraxanı rayon sakinlərinin qəbulunu keçirəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Baş prokuror Kamran Əliyev fevralın 12-də saat 10:00-da Suraxanı rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Suraxanı rayon sakinlərinin qəbulunu keçirəcək.