İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimatolunma mərasimində çıxış edib.

Metbuat.az xəbər verir ki, dövlət başçısı qeyd edib ki, Azərbaycan və Ermənistan sülh şəraitində yaşamağı öyrənir:

"Bu xüsusi bir hissdir. Müstəqillikdən sonra biz heç zaman sülh içində yaşamamışıq. ABŞ Prezidenti Donalda Trampa Vaşinqton sammitinin təşkilinə görə təşəkkür edirəm.

O, üçtərəfli sammiti 2025-ci ilin avqustun 8-də təşkil etdi və bu, Ermənistan-Azərbaycan arasında sülh sazişinin paraflanması ilə başa çatdı.

Hər iki ölkə 30 ildən artıq müharibə şəraitində olub. Altı aydır ki, sülh şəraitində yaşayırıq".