Norveçin Azərbaycandakı səfiri Andreas Qaarder qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Metbuat.az-ın məlumatına görə, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Bu gün Zati-aliləri Prezident Əliyev tərəfindən qəbul edilmək və Norveçin Azərbaycandakı səfiri kimi etimadnaməmi təqdim etmək mənim üçün şərəf oldu", - paylaşımda deyilib.

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 30-da Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri Andreas Qaarderin etimadnaməsini qəbul edib.