"Pənah Hüseyn və silahdaşları "KQB" məktəbi keçib. Bunlar professional böhtançıdır. Bunların işi namuslu insanlara şər atmaqdır".
Metbuat.az-ın məlumatına görə, bu sözləri TV Musavat-a açıqlamasında siyasətçi Nemət Pənahlı deyib. O, vaxtilə eyni cəbhədə olduğu adamların sovet "KQB"sinə işlədiyini vurğulayıb: "Mən xalqın içindən çıxmışdım, bunlar isə imperiyaya xidmət edirdilər. Buna görə məni ləkələmək istəyirdilər. Azərbaycanda bunlardan yaxşı şər-böhtan atmağı bacaran qüvvə yoxdur. Bütövlükdə Xalq Cəbhəsi imperiyaya xidmət edirdi. Pənah da, Elçibəy də "KQB"min agentləri idi".
Fotoda: Nemət Pənahlı

Qocaman siyasətçi tarixə ekskursiya etməyi də unutmayıb. O, Əbulfəz Elçibəyin, Etibar Məmmədovun, Pənah Hüseynin sərhədlərin sökülməsinə qarşı çıxdıqlarını xatırladıb: "Çünki ağaları belə istəyirdi".
Nemət Pənahlı TV Musavat-a açıqlamasında sensasiya sayılacaq açıqlama verib. O, 1993-cu ildə baş verən Gəncə hadisələri zamanı üsyançıların həmin vaxt hakimiyyətdə olan bəzi şəxslərin başını kəsməyə hazırlaşdıqlarını iddia edib: "Plan hazır idi. Mən İsa Qəmbərin, Pənah Hüseynin, Əli Kərimlinin başını kimlərin kəsəcəyini dəqiq bilirdim. Bu barədə vaxtında məlumat aldığım üçün adlarını çəkdiyim bu adamların öldürülməsinə imkan vermədim".
Səbinə Hüseynova / Metbuat.az