Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı regional filialına yeni rəhbər təyin olunub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, vəzifə Rafael Zakir oğlu Məmmədova həvalə edilib.

Qeyd edək ki, Rafael Məmmədov bu təyinatadək Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən regional filialının müdiri vəzifəsini icra edib.