HƏMAS hərəkatı Qəzzada nəzarəti yeni formalaşdırılmış texnokratik komitəyə təhvil verməyə razılaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə "Al Arabiya" Fələstin Milli Administrasiyasının rəhbərinin müşaviri Mahmud Əl-Habaşa istinadən məlumat yayıb. Bildirilir ki, HƏMAS Qəzzada bütün işləri ABŞ Prezidenti Donald Trampın razılaşdırdığı plana uyğun olaraq ərazini idarə edəcək komitəyə verəcəyini elan edib.