Avropa ölkələri tərəfindən Qrenlandiya göndərilən ilk hərbi qüvvələr adaya gəlib.
Metbuat.az xəbər verir ki, Qrenlandiyanın paytaxtı “Nuuk” hava limanına Danimarkaya məxsus hərbi nəqliyyat təyyarəsi eniş edib. Təyyarədə təkcə Danimarka hərbçiləri deyil, həm də Fransa silahli qüvvələrinin nümayəndələri də olub. “Bild” qəzetinin yerli mənbələrə istinadən məlumatına görə, eyni vaxtda Danimarkaya məxsus digər təyyarə adanın qərbindəki “Kangerlussuaq” hava limanına eniş edib. Hər iki təyyarə transponderləri söndürülmüş şəkildə uçub. Fransa mediasında yer alan xəbərə görə, Fransa hərbçilərinin missiyası kəşfiyyat məlumatları toplamaqdır və digər gücləndirici qüvvələr də onlara qoşulacaq.
Hərbçilərin təlimlərdə iştirak edəcəyi bildirilib. Məlumata görə, Fransanın Qrenlandiyada hərbi iştirakı Vaşinqtona mesajdır.