ABŞ üçüncü dünya müharibəsinə hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu barədə “Sputnik Brazil” nəşrində dərc edilən məqalədə deyilir. Təhlilə görə, Vaşinqtonun atdığı bir sıra addımlar ABŞ-nin böyük qlobal münaqişəyə hazırlaşdığı tezisini gücləndirir. Vaşinqton administrasiyasının müdafiə büdcəsi, regional dominantlığa can atması, İranla gərginlik, Çin və Tayvan arasında gərginlik və nüvə sınaqları ilə bağlı ritorikası bəzi ekspertlər tərəfindən "Üçüncü dünya müharibəsinə" hazırlıq kimi şərh olunub.

Məqalədə ABŞ-nin Tayvana 11 milyard dollar dəyərində silah satışına diqqət çəkilib. Vaşinqtonun müdafiə sistemləri əvəzinə Tayvana hücum silahları satmağa başlaması regional sülhü zəiflətmək üçün bilərəkdən edilmiş həmlə kimi şərh olunub.