Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov və Türkiyə xarici işlər naziri Hakan Fidan telefon danışığı zamanı strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər.
Metbuat.az xəbər verir ki, bu barədə özbək nazir bildirib.
"İkitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif sahələrini müzakirə etdik. Qarşıdakı tədbirlərə hazırlıq, strateji tərəfdaşlığın gücləndirilməsi, eləcə də regional və qlobal məsələlər diqqət mərkəzində olub", - o yazıb.