Xalq artisti Ağadadaş Ağayevin şərti cəzadan azad edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin müraciətiətinə baxılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar verilib.

Qərara əsasən alq artisti Ağadadaş Ağayev amnistiyaya düşdüyü üçün cəzadan azad edilib.

Xatırladaq ki, Ağadadaş Ağayevə 2025-ci ilin mart ayında Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdi.