Çeçenistan rəhbəri Ramzan Kadırov əlində əsa ilə ictimaiyyət qarşısına çıxıb.
Metbuat.az xəbər verir ki, görüntülər Açhoy-Martan rayonunun Novı Şaroy kəndində hafizlik məktəbinin açılış mərasimi zamanı çəkilib.
Kadrlarda Kadırovun taxta əsa tutduğu görünür, lakin onun axsayıb-axsamadığı göstərilmir.
Kadırovun xəstəxanaya yerləşdirilməsi ilə bağlı şayiələr əvvəllər sosial mediada yayılıb.