Amerika lideri Donald Tramp bəyan edib ki, ABŞ lazımi hakimiyyət keçidi həyata keçirilənə qədər Venesuelada qalacaq.
Metbuat.az xəbər verir ki, Ağ Ev rəhbəri bunu Floridadakı Mar-a-Laqo iqamətgahında keçirdiyi mətbuat konfransında bildirib.
"Biz təhlükəsiz, düzgün və lazımi hakimiyyət keçidi mümkün olana qədər ölkəni idarə edəcəyik" , - sözlərindən sonra Tramp qeyd edib ki, Venesuelada Maduronun postunu istənilən adamın tutması risklidir. "Çünki bu halda hər şey eyni bitə bilər" , - Amerika lideri vurğulayıb.