Nikolas Maduro və onun arvadının ələ keçirilməsi əməliyyatı zamanı ABŞ-a məxsus helikopter zədələnib, “Delta Force”un bir neçə hərbçisi yaralanıb.

MetbuatAz xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bəyan edib.

    ABŞ lideri deyib ki, Maduro və həyat yoldaşı Nyu-Yorka aparılacaq, hazırda onlar ABŞ xüsusi təyinatlılarının çatdırdığı gəmidədirlər: “Ələ keçirmə əməliyyatı o qədər sürətli həyata keçirilib ki, Maduro qorunan “bunker”də gizlənməyə belə macal tapmayıb”.

    Trampın sözlərinə görə, ordu bir neçə gün gözləmə rejimində olub və Maduronun saxlanılması üçün ideal hava şəraitini gözləyib.