Dünyanın müxtəlif ölkələrində insanlar yeni ilə şans, rifah və xoşbəxtliklə girmək üçün maraqlı ənənələr tətbiq edirlər.
Metbuat.az qəribə Yeni il ənənələrindən bəzilərini təqdim edir:
- İspaniya: 12 üzümlə arzu tutmaq
İspaniyada Yeni il gecəsi saat 00:00-da hər zəng çalınarkən bir üzüm yeyilir. Cəmi 12 üzüm ilin 12 ayını təmsil edir. Ritualı mükəmməl şəkildə yerinə yetirənlər yeni ildə şanslı olacağına inanırlar.
- Danimarka: Boşqabları sındırmaq uğur hesab olunur
Danimarkada insanlar Yeni il gecəsi dostlarının və ailələrinin qapıları qarşısında boşqabları sındırırlar. Qapı qarşısında nə qədər çox sınmış boşqab olarsa, həmin insanın yeni ildə bir o qədər çox dostu olacaq.
- Kolumbiya: Küçədə çamadanla gəzmək
Kolumbiyada yeni ildə çox səyahət etmək istəyənlər Yeni il gecəsi boş çamadanla küçədə gəzirlər. Bu ənənənin yeni ildə uzun səyahətlər və yeni təcrübələr gətirdiyinə inanırlar.
- Filippin: Dairəvi əşyalar şans deməkdir
Filippinlərdə dairəvi formalar sərvəti təmsil edir. Yeni il gecəsində insanlar dairəvi meyvələr yeyir, dairəvi naxışlı paltarlar geyinir və evlərini buna uyğun olaraq bəzəyirlər.
- Yaponiya: Gülüşlə Yeni ilə giriş
Yaponiyada yeni ilə gülüşlə girməyin şans gətirdiyinə inanılır. Yeni il gecəsində insanlar gülməklə pis enerjinin uzaqlaşdırdıqlarını hesab edirlər.
- İtaliya: Köhnə əşyaları pəncərədən atmaq
İtalyanlar köhnə əşyaları pəncərədən atmaqla ötən ilin pis xatirələrini geridə qoyduqlarını hesab edirlər. Yeni ilə "daha yüngül" girmək bu ənənənin əsasını təşkil edir.