Politoloq Rasim Musabəyov "Şərəf" ordeni ilə təltif edilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Rasim Nəsrəddin oğlu Musabəyov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.