Sabah, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Bakıda atəşfəşanlıq təşkil olunacaq.
Metbuat.az-ın məlumatına görə, tədbir Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçiriləcək.
Atəşfəşanlıq Dənizkənarı Parkda Yeni ilin ilk dəqiqələrində baş tutacaq.
Sevinc İbrahimzadə / Metbuat.az