Bu gün Azərbaycanda qısaldılmış iş günüdür.
Metbuat.az-ın məlumatına görə, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günlərindən əvvəlki iş günlərinin müddəti bir saat qısaldılır.
Qeyd edək ki, sabah - 31 dekabr ölkəmizdə Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günüdür.
Sevinc İbrahimzadə / Metbuat.az