İranda dolların məzənnəsi tarixi maksimumu yeniləyib.

Metbuat.az kredit.az-a istinadən xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.

Məlumata görə, dekabrın 28-də dolların məzənnəsi 141 550 tümənə çatıb.

Avronun məzənnəsi 164 520, funt sterlinqin məzənnəsi isə 188 540 tümənə çataraq rekordları yeniləyiblər.