ABŞ prezidenti Donald Trampla Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş başlayıb.

Metbuat.az xəbər verir ki, görüş Trampın Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında təşkil olunub.

    Tərəflərin Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq üçün təklif edilən 20 maddəlik sülh planını müzakirə edəcəkləri bildirilir.