“The Game Awards” mükafatlandırma mərasimində ilin ən yaxşı oyununun adı məlum olub.

Metbuat.az xəbər verir ki, ənənəvi təşkil edilən tədbirdə 2025-ci ilin yekunlarına əsasən, 27 nominasiya üzrə qaliblərin adı açıqlanıb.

“İlin Ən Yaxşı Oyunu” kateqoriyasında Fransanın “Sandfall Interactive” studiyasına məxsus, RPG janrlı “Clair Obscur: Expedition 33” oyunu layiq görülüb. Əsas mükafatla yanaşı “Clair Obscur: Expedition 33” oyunu daha 8 əsas kateqoriyada da qalib gəlib.