Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün Macarıstana işgüzar səfərə yola düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb

Səfər çərçivəsində 11 dekabr tarixində Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclasının, nazir Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.