Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Könüllülər Günü münasibətilə könüllüləri təbrik edib.
Metbuat.az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib:
"Könüllülük fəaliyyəti gənclərin bilik və bacarıqlarının artırılmasına və ümumilikdə insan kapitalının inkişafına mühüm töhfə verir.
5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə bütün könüllüləri təbrik edir, işlərində uğurlar və yeni nailiyyətlər arzulayırıq".
