Kəlbəcər və Laçın rayonlarının dağlıq hissəsində davam edən yanğınla mübarizə üçün helikopterlər cəlb olunub.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, bir neçə gündür ərazidə davam edən yanğının dağlıq ərazidəki meşə massivinə keçməsinin qarşısını almaq üçün əraziyə FHN-nin Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda yanğınsöndürmə əməliyyatları davam edir.