Sabah Bakının Xəzər rayonu və Sumqayıt şəhərinin bir hissəsinin qaz təchizatı dayandırılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, dekabrın 3-də saat 10:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhərinin və Xəzər rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.