Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) Milli Günü münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib:

"Dost Birləşmiş Ərəb Əmirliklərinə Milli Gün münasibətilə təbriklərimizi çatdırır, onun Xalqına və Hökumətinə ən xoş arzularımızı bildiririk.

Milli Günün mübarək, BƏƏ!"

XİN, digər paylaşımla Laosun da Milli Gününü təbrik edib:

"Laos Xalq Demokratik Respublikasının Xalqını və Hökumətini Milli Gün münasibətilə səmimi təbrik edirik. Milli Gününüz mübarək, Laos!".