Sabiq millət vəkili, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə keçmiş millət vəkili özü sosial şəbəkə hesabında məlumat yayıb.

O bildirib ki, İstanbulda polis idarəsinə gətirilib və böyük ehtimalla Azərbaycana deportasiya olunacaq.