Bu gün paytaxtın bir sıra ərazilərində qaz kəsiləcək.
Metbuat.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması məqsədilə bu gün saat 10:00-dan etibarən Suraxanı və Yasamal rayonlarında bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.