Yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə Bakı Dairəvi-1 avtomobil yolunda sürət həddi endirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

"Şamaxinka" adlanan yol sahəsindən Lökbatan dairəsinədək olan hissənin 14 kilometrlik kəsiyində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi 100 km/saatdan 90 km/saata endirilib. Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.