Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***
13:03
Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, "112" qaynar telefon xəttinə yanğın barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
Sevinc İbrahimzadə / Metbuat.az