Nəsimi Rayon İcra Hakimiyyətində kadr islahatı aparılıb.
Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elxan İbrahimov əmr imzalayıb.
Əmrə əsasən, başçının köməkçisi Elbrus Məmmədov vəzifəsindən azad edilib.
Xatırladaq ki, noyabr ayının 12-də Prezident İlham Əliyevin sərəncamı ilə E.İbrahimov Nəsimi rayonunun icra başçısı təyin edilib.