“AYNA tərəfindən təşkil olunan təlimlərdə peşəkar hazırlıq keçdik”.
Bu sözləri Metbuat.az-a açıqlamasında “BakuBus”un yeni qadın sürücüsü Xalidə Səmədova deyib:
“Artıq fəaliyyətə başlayırıq. Sərnişinlərə təhlükəsiz və mədəni xidmət göstərməyə tam hazırıq. Heç bir çətinlik görmürəm. İnşallah, qadın sürücülər avtobuslarda daha yaxşı xidmət göstərəcəklər”.
O əlavə edib ki, 36 yaşı var və 15 illik sürücülük təcrübəsi mövcuddur.
Sevinc İbrahimzadə / Metbuat.az